"Real" Modriçi onunla əvəzləyir

“Real” bu yay yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

Newsport.az “Don Balon”a istinadən xəbər verir ki, Madrid klubu “Latsio”nun futbolçusu Sergey Milinkoviçi transfer etməyi qərara alıb.

“Kral klubu”nun serbiyalı yarımmüdafiəçi üçün 70 milyon avro ödəməyə hazır olduğu bildirilib. “Real” rəhbərliyi Milinkoviçi Luka Modriçin əvəzləyicisi kimi görür.

Qeyd edək ki, Serbiya millisinin üzvü bu mövsüm A seriyasında 23 oyuna 6 qol vurub, 8 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right