İslandiyanın “Eynxerıy” klubunda qeyri-adi baş məşqçi təyinatı gerçəkləşib.
Newsport.az 4-cü divizion klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı 21 yaşlı futbolçu Hegli Snaer Aqnarsson çalışdıracaq.
Maraqlıdır ki, gənc yarımmüdafiəçi 2-ci liqa təmsilçisi “Fjölnir”dən icarəyə götürülüb və bu vəzifəyə təyin edilib.
Aqnarsson bununla bağlı açıqlamasında deyib: “Qarşıdan gələn yaydan “Eynxerıy”ı çalışdıracağam və komandada oynayacağam. Həyəcanlıyam. Komandanın çıxışlarınıə unudulmaz etmək üçün əlimdən gələni edəcəyəm”.