Rayan Giqqz Uels milli komandasında baş məşqçi postundan müvəqqəti kənarlaşdırılıb.
Newsport.az Uels Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma Belçika və Çexiyaya qarşı DÇ-2022-nin seçmə mərhələ oyunlarını və Meksika ilə yoldaşlıq görüşünü Robert Teycin rəhbərliyi altında keçirəcək.
Teyc bunadək ABŞ, İrlandiya və Finlandiya ilə matçlarda komandanın sükanı arxasında olub.
2020-ci ilin noyabrında Giqqz rəfiqəsinə hücumda şübhəli bilinərək həbs edilib. Sabiq yarımmüdafiəçi günahını boynuna almayıb. 46 yaşlı mütəxəssis dindirildikdən sonra araşdırma başa çatanadək girov müqavilində azadlığa buraxılıb.