Qaret Beyl "Mançester Yunayted"də!

"Real"ın yarımmüdafiəçisi Qaret Beyl "Mançester Yunayted"lə anlaşıb.

Newsport.az-ın məlumatına görə, bu barədə ingilis klubunun rəsmi kanalında çalışan idman yazarı Con Riçardson məlumat verib.

Onun sözlərinə görə, ötən mövsüm 100 milyon avro qarşılığında "Real"a transfer olunan uelsli futbolçuyla ilkin razılıq əldə olunub. Riçardson bu xəbəri Beylə yaxın mənbələrdən eşitdiyini açıqlayıb.

"Daily Telegraph" qəzeti də ulduz oyunçunun ailəsi və sevgilisinin mövsüm bitməmiş, İngiltərəyə qayıtdığını və burada yaşamağa başladığını yazıb.

Bundan başqa, İngiltərənin "SKY Sports" ve İspaniyanın AS nəşri üçün çalışan Gilyem Balaque də etibarlı mənbələrdən aldığı xəbərlərə istinad edərək, Beylin "Mançester Yunayted"lə anlaşdığını şəxsi "Twitter" hesabından paylaşıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right