"Mbappe mənim varisim ola bilər"

Əfsanəvi futbolçu Pele PSJ-nin oyunçusu Neymarın çıxışı haqda danışıb.

Newsport.az xəbər verir ki, braziliyalı sabiq hücumçu deyib:

"Mbappe mənim varisim ola bilər. Mən zarafat etmirəm. Onun sürətli oynamaq qabiliyyətində çox şey görürəm. Top ayağına gələndə ən yaxşı həlli tapmaq üçün nə edəcəyini, hara gedəcəyini, necə oynayacağını bilir. Belə şeylər bu günkü futbolda çox vacib xüsusiyyətlərdir".

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də oynayır. O, bu mövsüm Liqa 1-də 23 matça çıxaraq, 18 qol vurub və 6 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right