"Barselona" Qrizmannı hansı məbləğə satır?

“Barselona” yayda futbolçusu Antuan Qrizmann üçün transfer təkliflərini nəzərdən keçirməyə hazırdır.

Newsport.az xəbər verir ki, bu barədə “OK Diaro” məlumat yayıb. Kataloniya klubu 29 yaşlı hücumçu üçün qarşı tərəfdən 60 milyon avro tələb edəcək.

Fransalı oyunçunun transferi üçün əsas namizəd komandalar PSJ ə “Mançester Yunayted”dir. Onun La Liqa təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti isə 2024-cü ilin yayına qədərdir.

Qeyd edək ki, “Barselona”ya 2019-cu ildə 120 milyon avro qarşılığında “Atletiko”dan keçən Antuan Qrizmann bu mövsüm 35 matça çıxaraq, 12 qol vurub və 10 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right