Vaskes "Real"dan bunu tələb edir

“Real”ın müdafiəçisi Lukas Vaskes klubla müqaviləsini uzatmaq üçün şərt irəli sürüb.

Newsport.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi “kral klubu”ndan maaşının 15 faiz artırılmasını tələb edir. “Real” isə oyunçunun məvacibini 10 faiz azaltmağda israrlıdır.

İspaniyalı futbolçuya 4 illik yeni müqavilə təklif edən Madrid təmsilçisi hər şeyə mart ayında qərar veilməsini istəyir.

Sözləşmə Vaskesin şərtləri ilə imzalanarsa, o, ildə 5 milyon avro, klubun şərtləri ilə imzalanarsa, 4 milyon avro qaqzanacaq.

Qeyd edək ki, Vaskes bu mövsüm 18 matça çıxaraq, 2 qol vurub və 3 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right