Məşhur futbolçu məcburiyyətdən karyerasını bitirdi

İspaniya millisinin və "Vilyareal"ın sabiq futbolçusu Xuan Kapdevilya karyerasını bitirib.

Newsport.az-ın məlumatına görə, Belçikanın “Lyers” klubunda forma geyinən müdafiəçi məşq zamanı ağır zədə aldığı üçün karyerasını bitirmək qərarına gəlib.

37 yaşlı müdafiəçi futbol həyatını məhz bu şəkildə bitirdiyi üçün üzgün olduğunu dilə gətirib.

Qeyd edək ki, Kapdevilya “Espanyol”, “Atletiko”, “Vilyareal” və “Deportivo” kimi klublarda da forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right