PSJ "Barselona"nın kapitanı Lionel Messi və müdafiəçisi Xordi Albanı transfer etmək istəyir.
Newsport.az-ın məlumatına görə, Paris təmsilçisi mövsümün sonunda müqaviləsi başa çatacaq oyunçuları azad agent statusu ilə rənglərinə bağlamaq fikrindədir.
Klubun idman direktoru Leonardo mövsümün sonunda müqaviləsi bitəcək digər futbolçular - Corcino Veynaldum ("Liverpul"), Memfis Depay ("Lion"), David Alaba ("Bayern") və Elseid Hosayı ("Napoli") da diqqət mərkəzində saxlayır.