"Barselona" məni qovdu" Suares

"Atletiko"nun futbolçusu Luis Suares "Barselona"dan ayrılmasından danışıb.

Newsport.az xəbər verir ki, o, "France Football"a açıqlamasında bununla bağlı deyib: “Barselona" məni qovdu. Mənə yaşlı olduğumu və artıq ən yüksək səviyyədə oynaya bilməyəcəyimi söylədilər. Bu, məni əsəbiləşdirdi. Komandanın dəyişikliyə ehtiyacı var idi. Mən də qəbul etdim. Kluba sadiq qalmağa və əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Əsas şey şüurdur. Sarsılmaz olmaq və çətin vəziyyətlərdən çıxmaq üçün gücə sahib olmaq vacibdir. Bu həmişə mənim ən güclü məqamım olub: çətin anlarda belə əsla təslim olmamışam

"Atletiko"ya keçməyimə səbəb olan bu xüsusiyyət idi. Məqsədlərimdən biri hər kəsə hələ də mənə güvənə biləcəklərini sübut etməkdir. Bu, özünə hörmət məsələsidir. "Barselona"da bu qədər illərdən sonra İspan elitasında oynamağımın hələ də faydalı ola biləcəyimi göstərmək istədim".

Qeyd edək ki, Suares ötən ilin sentyabrında "Barselona"dan "Atletiko"ya transfer olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right