“Ayntraxt”da kimlərin qalacağı böyük ölçüdə dəqiqləşib”.
Newsport.az-ın məlumatına görə, bu sözləri Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun meneceri Bruno Hübner deyib.
Frankfurt təmsilçisini növbəti mövsümdə də hazırkı baş məşqçi Tomas Şaafın çalışdıracağı dəqiqləşib. Təcrübəli mütəxəssis indiki heyətin əksər üzvlərini komandada saxlamaq niyyətindədi.
Bununla bağlı danışan Hübner qapıçı axtarışında olduqlarını deyib. O, söhbət əsnasında “Ayntraxt”ın azərbaycanlı futbolçusu Emil Balayev haqda da fikirlərini bölüşüb: “Təbii ki, yeni transferlər olacaq. Komandanın kapitanı Kevin Trapp və Emil Balayevə güvənirik. Hər ikisinin komandada qalacağını söyləyə bilərəm. Qapıçı axtarışındayıq. “Ayntraxt”dan gedəcək Feliks Vidvaldın yerinə yeni oyunçu gətirəcəyik”.
“Neftçi”nin yetirməsi olan Emil Balayev “Ayntraxt”a bu ilin əvvəlində keçib.