"Barselona"nın kapitanı Lionel Messi keçmiş komanda yoldaşı Ronaldinyoya dəstək olub.
Newsport.az xəbər verir ki, 33 yaşlı argentinalı oyunçu öz İnstaqram hesabında paylaşım edərək, Ronaldinyoya anasını itirdiyi üçün başsağlığı verib:
"Ronni, deyiləcək söz yoxdur. Mən buna inana bilmirəm. Sadəcə sizə dəstək olduğumu bildirmək istəyirəm. Sizə və bütün ailənizə başsağlığı verirəm".
Qeyd edək ki, Ronaldinyo 2003-2008-ci illərdə Kataloniya klubunda çıxış edib. Messi isə 2004-cü ildən bu komandada oynayır.