Dmitri Nazarovlu "Karlsrue" məğlub oldu

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” II Bundesliqanın XXXII turunda “Darmştadt”la qarşılaşıb.

Newsport.az-ın məlumatına görə, ikinciliyi əl keçirmək üçün bu rəqibini məğlub etməli olan "Karlsrue" bunu bacarmayıb. Nazarovun komandası öz meydanında məğlub olub - 0:1.

 

Bu görüşdə Dmitri Nazarov 83-cü dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, "Karlsrue" hazırda 52 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right