Busqets üçün 400-cü matç

La Liqanın 24-cü turunda "Kadis"lə matç (1:1) "Barselona"nın futbolçusu Serxio Busqets üçün əlamətdar olub.

Newsport.az La Liqanın rəsmi sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Kataloniya klubu ilə yerli çempionatda 400-cü oyununu keçirib.

İspaniyalı futbolçu bütün turnirlər daxil olmaqla isə komanda ilə 611 matça çıxıb.

Qeyd edək ki, Busqets 2007-ci ildən "Barselona"da oynayır.

 
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right