Fransa Liqasında 26-cı tura yekun vurulub.
Newsport.az xəbər verir ki, turun son oyununda PSJ "Monako"nu qəbul edib. Matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
PSJ - "Monako" - 0:2
Qollar: Diop, 6, Maripan, 51
26 turdan sonra turnir cədvəlinə 58 xalla "Lill" başçılıq edir. "Lion" 55 xalla 2-ci, PSJ 54 xalla 3-cü, "Monako" 52 xalla 4-cüdür.