“Barselona”ya qayıtmaq istədiyi gün ayaqları altına qırmızı xalça sərəcəyik"

“Barselona” prezidentliyinə namizəd Toni Freyşin komandasında yer alan Luis Karreras Xosep Qvardiolanı kluba qaytarmağa hazır olduqlarını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, o, İspaniya mətbuatına müsahibəsində bildirib:

“Düşünmürəm ki, onu dilə tutmağa ehtiyac var. “Barselona”ya qayıtmaq istədiyi gün biz onun ayaqları altına qırmızı xalça sərəcəyik. Hazırda isə komanda üçün ən yaxşı variant Kumandır”.

“Barselona” prezidentliyinə seçkilər martın 7-də keçiriləcək. Toni Freyş qalib gələcəyi halda Karrerasın klubun yeni direktoru təyin ediləcəyi bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right