Hakimi hədələdiyinə görə 73 oyunluq cəzalandı

İspaniyanın dördüncü divizionunda çıxış edən "Yuventud Los Karmenes"in Qonzalo Barajona 73 oyunluq cəzalanıb.

Newsport.az-ın məlumatına görə, buna  onun fevralın 7-də "Mentema Boadilla" ilə görüşdə hakimə qarşı kobudluq etməsi səbəb olub.

Məşqçi oyun zamanı 17 yaşlı referini səhv qərar verməkdə günahlandırıb. O, hakimə  hücum edərək, itələyib daha sonra hədələyib.

Nəticədə Barajona intizam qaydalarını pozduğu üçün müxtəlif maddələrlə 40+12+10+10+1, ümumilikdə 73 oyunluq cəza alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right