“Qarabağ”ın albaniyalı sabiq futbolçusu Ansi Aqolli Bakıya gəlib.
Newsport.az xəbər verir ki, albaniyalı futbolçu Bakıdan, İçərişəhərdən çəkdiyi şəkili sosial şəbəkədə “Salam, Bakı. Nətərsən?” sözləri ilə paylaşıb.
Qol.az-ın əldə etdiyi xəbərə görə, səfər “Qarabağ” klubunun dəvəti ilə gerçəkləşib. Səfərdə məqsəd həm də Ansinin çalışdığı ABŞ-dakı futbol akademiyası ilə “Qarabağ” arasında mümkün əməkdaşlıq məsələsinin müzakirəsidir.