Xavi “Barselona”ya gəlir Vaxt da bəlli oldu

İspaniyanın “Barselona” komandasını yeni mövsümdən Xavi Ernandes çalışdıracaq.
 
Newsport.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşrinin jurnalisti Nikolo Skira “tvitter” hesabında paylaşım edib. O, “Barselona”da prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, bu mövsümün sonunda Xavinin komandanın “sükanı arxasına” gətiriləcəyini bildirib.
 
Xavi hazırda Qətərin “Əl Sədd” komandasını çalışdırır. 41 yaşlı mütəxəssisin müqaviləsi mövsümün sonuna qədərdir.
 
Xavi futbolçu karyerası ərzində 1995-2015-ci illər aralığında “Barselona”da çıxış edib.
 
“Barselona”nı hazırda niderlandlı mütəxəssis Ronald Kuman çalışdırır.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right