Günün adamından maraqlı açıqlamalar

PSJ-nin hücumusu Killian Mbappe Kataloniyada “Barselona” üzərindəki 4:1 hesablı qələbələrini şərh edib.

Newsport.az “Marca”ya istinadən xəbər verir ki, görüşdə het-trik edən fransalı futbolçu sevincinin həddi-hüdudu olmadığını söyləyib: “Bura qələbə üçün gəlmişdik. Bu, qeyri-adi oyun idi. Amma hər şeyə cavab oyunundan sonra aydınlıq gələcək. Hələ heç nə bitməyib”.

Gələcək karyerası barədə sualı cavablandıran Killian deyib: “Mən PSJ-nin formasını qoruyur və onu ürəyimdə saxlayıram. Bir oyuna görə karyeramla bağlı nəsə demək axmaqlıq olardı. Karyera elə şeydir ki, bu haqda uzun müddət düşünməlisən. Həmişə demişəm ki, PSJ-də hər şeydən razıyam və belə matçlar məni xoşbəxt edir”.

Tənqidə münasibəti barədə danışan Mbappe deyib: “Bütün böyük insanlar tənqidə məruz qalıblar. Bu, problem deyil. Biz tənqidçiləri susdurmaq üçün deyil, komandamızın uğuru naminə oynayırıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right