Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 21-ci əsrin ən çox qol vuran müdafiəçilərinin siyahısını tərtib edib.
Newsport.az xəbər verir ki, ilk pillədə karyerasında 126 qol vuran "Real"ın kapitanı Serxio Ramos qərarlaşıb. Ötən il karyerasını başa vuran yapon futbolçu Markus Tulio Tanaka (104 qol) 2-ci olub. İlk üçlüyü əlcəzairli Abderrahman Xaçud (88 qol) bağlayıb.
IFFHS-ə görə 21-ci əsrin ən çox qol vuran 10 müdafiəçisi:
1. Serxio Ramos (İspaniya) - 126 qol
2. Markus Tulio Tanaka (Yaponiya) - 104
3. Əbderrahman Xaçud (Əlcəzair) - 88
4. Keylor Soto (Kosta Rika) - 86
5. Markus Yurgenson (Estoniya) - 85
6. Dario Srna (Xorvatiya) - 79
7. Cozef Çipolina (Cəbəllütariq) - 78
8. Roland Yuhas (Macarıstan) 74
9. Branislav İvanoviç (Serbiya) - 73
10. Con Terri (İngiltərə) - 73