“Barselona” Çempionlar Liqasının 1/8 finalında PSJ ilə mat üçün sifariş ərizəsini açıqlayıb.
Newsport.az xəbər verir ki, sözügedən oyunçular arasında Jerar Pike və Martin Braytuayt da yer alıb.
Pike dizindən aldığı zədəyə görə noyabr ayından bəri yaşıl meydanlara çıxmırdı. Braytuayt isə budundan xəsarət aldığı üçün La Liqanın son turunda “Alaves”lə görüşü (5:1) buraxmışdı.
Qeyd edək ki, bu gün keçiriləcək “Barselona” – PSJ matçı Bakı vaxtı ilə 00:00-da başlayacaq.
“Barselona”nın PSJ ilə matç üçün sifariş ərizəsi:
Qapıçı: Mark Andre Ter Ştegen, Neto, İnaki Pena
Müdafiəçilər: Serxino Dest, Jerar Pike, Serji Roberto, Kleman Lanqle, Jordi Alba, Samuel Umititi, Junior Firpo, Oskar Minqueza
Yarımmüdafiəçilər: Miralem Pyaniç, Riqui Puiq, Mateus Fernandes, Frenki de Yonq
Hücumçular: Antuan Qrizmann, Martin Braytuayt,Lionel Messi, Usman Dembele, Pedri, Fransisko Trinsao