Olimpiya mükafatçısı külli miqdarda narkotikə görə saxlanıldı

Üzgüçülük üzrə olimpiya mükafatçısı Skott Miller saxlanılıb.

Newsport.az "France Presse" agentliyinə istinadən xəbər verir ki, 46 yaşlı keçmiş idmançı narkotik ticarətində günahlandırılır.

Avstraliyalı üzgüçü Sidney yaxınlığında köməkçisi ilə birlikdə polis basqını zamanı tutulub. Onlara 1,6 milyon dollarlıq narkotik maddə daşımaları ittihamı irəli sürülüb.

Qeyd edək ki, Skott Miller 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarında gümüş və bürünc medal qazanıb. O, 100 m məsafəyə batterflayda ikinci, 4x100 metr məsafəyə estafet yarışında üçüncü olub. Miller 1995-ci il dünya çempionatında 100 metr batterflayda qızıl medala yiyələnib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right