"Barselona"nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasının 1/8 finalında PSJ ilə matçdan əvvəl komandasının hazırkı durumundan danışıb.
Newsport.az ESPN-ə istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis turnirdə mübarizə aparan komandalar arasında Kataloniya klubundan güclüsünün olmadığını deyib:
"Hazırda "Barselona"dan daha yaxşı bir komanda görmürəm. Ancaq düşünmürəm ki, klublardakı böyük dəyişikliklər və gənc futbolçular Çempionlar Liqasını qazanmaq ümidlərini artırır. Bizim yaxşı komandamız var və getdikcə yaxşılaşır. Fiziki baxımdan da yüksək səviyyədə çıxış edirik. Həm də heyrətamiz oyunçularımız var. Bunu Avropanın ən yaxşı komandaları ilə rəqabətə girməklə göstərmək istəyirik".