"Barselona"nın azarkeşləri PSJ-nin prezidenti Nasser Əl-Xəlafini təhqir ediblər.
Newsport.az "L'Equipe"yə istinadən xəbər verir ki, prezident komanda ilə birlikdə Çempionlar Liqasının 1/8 finalında Kataloniya klubu ilə matç üçün İspaniyaya gəlib.
Bu vaxt Əl-Xəlafi azarkeşlər tərəfindən qarşılanıb. "Barselona" fanatları onu təhqir edərək, "Qorxaq, oğru, əllərini Messidən çək!" kimi ifadələr işlədiblər.
Qeyd edək ki, sabah keçiriləcək "Barselona" - PSJ görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.