"Barselona"da az oynamasının səbəbini bilmir

"Barselona"nın yarımmüdafiəçisi Miralem Pyaniç məşqçilər heyətinin ona az oyun vaxtı verməsi ilə bağlı fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, bu barədə o, "Telefoot"a açıqlamasında deyib:

“Gözlənilən oyun vaxtımın olmamasının dəqiq səbəblərini bilmirəm. Çox çalışmağa davam edəcəyəm. Məşqçilərin qərarlarına hörmətlə yanaşmalıyıq, hətta onlarla razılaşmasam da. Bu klubda izimi qoymaq istəyirəm"

Qeyd edək ki, Pyaniç bu mövsüm "Barselona"da bütün turnirlərdə 24 matç keçirib və qol vurmayıb. Eyni zamanda, oyunçu hər matçda orta hesabla 49 dəqiqə meydanda olur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right