İspaniyanın “Real” klubu ciddi itkiylə üzləşib.
Newsport.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Dani Karvaxal sıradan çıxıb.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Müdafiəçi “Real”ın La Liqanın 23-cü turunda “Valensiya”ya qarşı keçirdiyi oyunda (2:0) zədələnib.
Karvaxalın son durumu tibbi müayinədən sonra bilinəcək. 29 yaşlı futbolçunun La Liqanın 24-cü turunun “Valyadolid”lə səfər matçını buraxacağı dəqiqdir.
“Real”da Karvaxalla yanaşı, Serxio Ramos, Marselo, Rodriqo, Federiko Valverde, Eder Militao, Alvaro Odriosola da zədəlidir.
“Valyadolid” – “Real” matçı fevralın 21-də keçiriləcək.