UEFA "Tottenhem" və "Arsenal"ın oyunlarının yerini dəyişdirdi

UEFA Avropa Liqasının 1/16 final mərhələsinin iki oyununun yerini dəyişdirib.

Newsport.az-ın məlumatına görə,  “Volfsberger” (Avstriya) – “Tottenhem” (İngiltərə) ilk görüşü Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da, “Arsenal” (İngiltərə) - “Benfika” (Portuqaliya) cavab matçı isə Yunanıstanda "Georgios Karaiskakis" stadionunda oynanılacaq.

Bu qərarların verilməsinə koronavirus pandemiyasına görə tətbiq olunan karantin qaydaları və məhdudiyyətlər səbəb olub.

“Volfsberger”  – “Tottenhem” oyunu fevralın 18-i Avstriyada, “Arsenal”  – “Benfika” qarşılaşması isə fevralın 25-i İngiltərədə oynanılmalı idi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right