“Çelsi” yeni baş məşqçisi Tomas Tuhelin rəhbərliyi altında uğurlu çıxışını davam etdirir.
Newsport.az-ın xəbərinə görə, London təmsilçisi dünən İngiltərə kubokunun 1/8 finalında “Barnsli”yə qalib gələrək (1:0) növbəti mərhələyə adlayıb.
Bu, Tuhelin gəlişindən sonra “Celsi”nin 5 oyunda ardıcıl 4-cü qələbəsidir. Daha öncə onlar “Bernli” (2:0), “Tottenhem” (1:0) və “Şeffild Yunayted”i (2:1) də məğlub etmişdilər. Komanda yalnız bir matçda - “Vulverhempton”la görüşdə heç-heçə edib (0:0).
“Çelsi” növbəti görüşünü Premyer Liqada “Nyukasl”a qarşı keçirəcək.