Benzema yeni müqavilə təklifini rədd etdi

İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzema yeni müqavilə imzalamağa tələsmir.

Newsport.az saytının məlumatına görə, “kral klubu” yeni 1 illik saziş təklif etsə də, fransalı forvard gözləməyi məqsədəuyğun bilib.

Hazırkı müqavilə müddəti 2022-ci ilin yayına qədər olan 34 yaşlı oyunçu həmin vaxta qədər danışıq aparmaq fikrində deyil. Çünki Benzema gələn ilki fiziki formasına və komandadakı mövqeyini itirib-itirməməsinə əsasən qərar verəcək. Forvardın sabiq komandası “Lion”a qayıtması da istisna deyil.

Qeyd edək ki, Benzema cari mövsüm La Liqada keçirdiyi 20 oyunda 11 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right