“Neftçi” Ahmedov üçün 150 min avro ödəyəcək

“Neftçi” Bolqarıstanın ÇSKA (Sofiya) klubundan 6 aylıq icarəyə götürdüyü Ahmed Ahmedovu yayda birdəfəlik transfer edə bilər.
 
Newsport.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar” mövsümün sonunda hücumçunu komandada saxlamaq istəsə, Sofiya təmsilçisinə 150 min avro ödəməli olacaq.
 
25 yaşlı futbolçunun “Neftçi”də ÇSKA-dakından ikiqat çox məvacib alacağı da vurğulanıb.
 
“Neftçi” Ahmedou 6 aylıq icarəyə götürüb. Hücumçunun ÇSKA ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right