Keyn Bobbini də geridə qoydu

"Tottenhem"in futbolçusu Harri Keyn üçün İngiltərə kubokunun 1/8 finalında "Everton"la matç (4:5) əlamətdar olub.

Newsport.az klubun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, sözügedən görüşdə bir dəfə fərqlənən ingilis hücumçu London təmsilçisində vurduğu qolların sayını 209-a yüksəldib. Bununla da o, Bobbi Smiti (208) qol geridə qoyaraq klub tarixinin ən yaxşı 2-ci bombardiri olub. 27 yaşlı futbolçu bu qədər qolu 318 qarşılaşmada vurub.

Qeyd edək ki, "Tottenhem" tarixinin ən yaxşı bombardiri 266 qolla Cimmi Qrivsdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right