"Portu"nun oyununda kuryoz hadisə

Portuqaliya kubokunun “Braqa” və Portu" arasında keçirilən yarımfinal matçında kuryoz hadisə baş verib.

Newsport.az xəbər verir ki, meydan sahiblərinin müdafiəçisi David Karmo ikinci hissədə zədələndiyi üçün təcili yardım maşını meydançaya girib. Lakin nasazlıq səbəbindən maşın meydanda hərəkət edə bilməyib. Hər iki komandanın oyunçuları onu itələmək məcburiyyətində qalıb. Təcili yardım maşını meydanı tərk etdikdən sonra oyun davam etdirilib.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right