“Real”ın baş məşqçisi Zinəddin Zidan komandanın kapitanı Serxio Ramosla bağlı yaranmış vəziyyətə münasibət bildirib.
34 yaşlı futbolçunun müqaviləsi 2021-ci ilin yayında başa çatır. Klub ona maaşı azaldılmaqla 2 illik yeni sözləşmə təklif etsə də, futbolçu bunu qəbul etməyib.
Newsport.az-ın xəbərinə görə, Zidan keçirdiyi mətbuat konfransında deyib ki, Ramosla bağlı durum bütün komandaya təsir edir: “Amma danışmaqla heç nə düzəlməyəcək. Biz öz mübarizəmizi davam etdirib futbolumuzu oynamalıyıq”.