“Real”ın kapitanı Serxio Ramos klubun yeni müqavilə şərtlərini rədd edib.
Newsport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. Mənbə bildirir ki, Madrid təmsilçisi 34 yaşlı müdafiəçiyə maaşı 10 faiz azaldılmaqla 2 illik müqavilə təklif edib. Bu isə futbolçunu razı salmayıb.
İddiaya görə, “Real” bir daha Ramosa müqavilə təklif etməyəcək. Ona görə də əgər o, hazırkı şərtləri qəbul etməsə, müqaviləsi başa çatanda – 2021-ci ilin yayında azad agent kimi klubu tərk etməli olacaq.