Premyer Liqa hakimi təyinatdan imtina etdi

İngiltərə Premyer Liqasının baş hakimi Mayk Din çempionatın 24-cü tur oyununa təyinat almaqdan imtina edib.

Newsport.az xəbər verir ki, bu barədə “The Atletic” nəşri məlumat yayıb. 52 yaşlı referinin belə qərar verməsinə ona sosial şəbəkələrdə  hədə və təhqirlər ünvanlanması səbəb olub.

O, hətta bununla bağlı polis bölməsinə müraciət edib.

Son zamanlar matçlarda səhv qərarlar verməsi azarkeşlərin narazılığı ilə nəticələnib. Belə ki, 23-cü turda "Vest Hem" - "Fulhem" oyununun (0:0) sonlarında Din ev sahiblərinin yarımmüdafiəçisi Tomaş Souçeki meydandan qovsa da, onun qırmızı vərəqəsi ləğv olunub.Nəticədə referi bu narazılıqlar və hədələr səbəbindən 24-cü turda ona təyinat verilməməsini istəyib.

Qeyd edək ki, Mayk Din İngiltərə Kubokunun 1/8 final mərhələsində sabah keçirilməsi planlaşdırılan "Lester" - "Brayton" oyunundan namizədliyini geri götürməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right