Dreksler azarkeşləri təhqir etdi

“Köln”ün futbolçusu Dominik Drekslerlə öz azarkeşlər arasında qalmaqal baş verib.
 
Newsport.az xəbər verir ki, hadisə 20-ci turda “Borussiya” – “Köln” (Münhenqladbax) oyunundan əvvəl baş verib. 30 yaşlı yarımmüdafiəçi görüşdən öncə komandanı pirotexniki vasitələrlə müşayiət edən fanatları təhqir edib.
 
Komanda Kölnə qayıtdıqdan sonra isə klubun ultrasları futbolçuları salamlayıb və Drekslerdən onların yanına gəlməsini tələb edib. Bu vaxt Dreksler sürətlə oradan uzaqlaşıb.
 
Klubun yetirmələrindən olan Lukas Podolski bu hərəkətinə görə Dreksleri tənqid edib. O Tvitterdə yazıb: “Əgər öz azarkeşlərini axmaq adlandırırsansa, bu formanı daşımağı haqqın yoxdur”.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right