Almaniya ikinci bundesliqasında 32-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, milli komandamızın futbolçusu Toğrul Eratın komandası - "Fortuna" da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisi doğma meydanda "Aalen"lə qarşılaşıb. Matç meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Toğrul 58-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Fortuna" bu məğlubiyyətdən sonra 41 xalla 8-ci pillədə qərarlaşıb.