Futbol üzrə İspaniya La Liqasında 22-ci turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, bazar günü daha dörd görüş baş tutub.
“Real Sosyedad” “Kadis” üzərində darmadağına sevinibsə, “Atletik” – “Valensiya” matçında qalib müəyyənləşməyib. “Osasuna” “Eybar”ı məğlub yola salıb.
Ronald Kumanın rəhbərlik etdiyi “Barselona” bu tur çərçivəsində çətin “Betis” səfərinə yollanıb. Kataloniya təmsilçisi də turu çətin qələbəylə başa vurub.
Lider “Atletiko” “Selta”nı qəbul edəcək.
İspaniya La Liqası
22-ci tur
5 fevral
Alaves – Valyadolid 1:0
Qol: Xoselu, 66.
6 fevral
Levante – Qranada 2:2
Qol: Morales, 30; 67 – Kenedi, 43. Soldado, 90+2.
Hueska – Real 1:2
Qol: Qalan, 48 – Varan, 55; 84.
Elçe – Vilyarreal 2:2
Qol: Karillo, 49. Boy, 64 – Moreno, 16; 35.
Sevilya – Xetafe 3:0
Qol: Munir, 67. Qomes, 87. En Nesiri, 89.
7 fevral
Real Sosyedad – Kadis 4:1
Qol: Oyarzabal, 26-pen; 34. İsak, 54; 59 – İskerdo, 65.
Atletik – Valensiya 1:1
Qol: Sanmartin, 43 – Qabriel, 65.
Osasuna – Eybar 2:1
Qol: Kalyeri, 18. Budimir, 86 – Kike, 44.
Betis – Barselona 2:3
Qol: B.İqlesias, 38. Ruis, 75 – Messi, 59. Ruis, 68-öz qapısına. Trinçao, 87.
8 fevral
00:00 Atletiko – Selta