Serbiya millisini Bakıya gətirəcək baş məşqçi müəyyənləşdi

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində rəqibi olan Serbiyanın yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, komanda Draqan Stoykoviçə tapşırılıb.

Tərəflər arasında artıq razılıq əldə olunduğu və 55 yaşlı mütəxəssisin fevral ayından yeni işinə başlayacağı bildirilib. Onun millidəki illik məvacibi isə 1 milyon avro olacaq.

Azərbaycan millisi seçmə mərhələdə Serbiya, Portuqaliya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda mübarizə aparacaq. Yığma serbiyalılarla ilk oyununu martın 30-da Bakı Olimpiya Stadionunda keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right