“Barselona”nın baş məşqçisi Ronald Kuman yenə sıx oyun qrafikindən şikayətlənib.
Newsport.az-ın məlumatına görə, bu barədə “Marca” nəşri məlumat yayıb. 57 yalı mütəxəssis sıx oyun qrafikinə görə futbolçuların tez-tez zədə ala biləcəyini düşünür:
“Vəziyyət çox mürəkkəbdir. Üç turnirdə iştirak edən klubların keçirdiyi oyun sayı işləri çətinləşdirir. Həm də belə durum koronavirus pandemiyasının olduğu vaxtdadır.
Futbolçularla tez-tez əlaqə qurub, onların fiziki vəziyyəti, hissləri barədə danışmaq lazımdır. Onların bəzilərinə istirahət vermək lazım gəlir. Növbəti matçı və çərşənbə günü çıxacağımız qarşılaşmanı saysaq, ardıcıl 12-ci görüş olacaq. Onlardan 11-ı səfərdədir. Evə gecə 3-də gəlməkdən, 9-da oyuna çıxmaqdan danışırıq. Futbolçuların davamlı oynaması çətindir. Köməyə ehtiyacımız var. Hər məşqçinin matç qrafiki ilə bağlı fərqi fikirləri var. Mən isə bu cürə bir gedişatın dayandırılmasının lazım olduğunu düünürəm. Belə qrafik futbolçuları öldürür. Bu, çox sayda zədə ilə nəticələnəcək. Belə davam etmək mümkün deyil”.