Qvardiola "Liverpul"la oyun haqda "Qorxmuruq"

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 23-cü turunda “Liverpul”la keçiriləcək oyun haqda fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis “goal.com”a açıqlamasında rəqibdən çəkinmədiklərini bildirib:

“Bu oyundan qorxmuram. Əminəm ki, onlar da narahat deyil. Çünki hər bir komandada “Biz qalib gələ bilərik” fikri var. Oyunumuzun səviyyəsini qorumaq və yaxşılaşdırmaq istəyirəm.

Qalib gəlmək üçün mütləq yaxşı oynamalıyıq.  Ardıcıl 9 oyundur qalib gəldiyimiz üçün  mütləq bu dəfə də qələbə qazanmalıyıq deyə bir şey yoxdur. Unutmayaq ki, “Liverpul” son çempiondur”.

Qeyd edək ki, bu gün keçiriləcək “Liverpul” – “Mançester Siti” matçı Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right