"Sabah" ukraynalı futbolçu transfer etdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, ukraynalı yarımmüdafiəçi Dmitro Klots bundan sonra komandanın uğurları üçün çalışacaq. 24 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.

Klots karyerası ərzində Ukraynanın “Karpatı” (Lvov, 2014-2020) və Azərbaycanın “Keşlə” (2020) komandalarında oynayıb.

Dmitro “Sabah”da 48 nömrəli formada çıxış edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right