“Polşadan zənglər gəlirdi” - de Byazi namizədliyi barədə

“Paulo Souzanı bəyənirəm, ancaq baş məşqçi kimi işini o qədər də çox izləməmişəm”.

Newsport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Polşa yığmasının yeni baş məşqçisi Paulo Souzanın təyinatına münasibət bildirərkən deyib.

Polşa mətbuatına açıqlama verən 65 yaşlı mütəxəssis bir müddət əvvəl yığmaya namizədlər arasında göstərilsə də, onunla heç kimin əlaqə saxlamadığını söyləyib: “Yeji Brjeçekin istefasından sonra Polşa Futbol Assosiasiyasından mənimlə heç kim əlaqə saxlamadı. Düzdür, həmin vaxt Polşadan zənglər gəlirdi, ancaq yalnız jurnalistlər əlaqə saxlayırdılar. Başqa heç kim bu barədə mənimlə danışıq aparmayıb”.

Qeyd edək ki, ötən ildən Azərbaycan millisini çalışdıran Canni de Byazinin AFFA ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right