"Real"ın baş məşqçisi Zinəddin Zidanın klubdakı gələcəyi Çempionlar Liqasındakı müvəffəqiyyətindən asılıdır.
Newsport.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. Bildirilib ki, İspaniya Kubokunda və Superkubokda mübarizəni dayandıran Madrid təmsilçisinin La Liqada lider "Atletiko" ilə 10 ballıq xal fərqi var. "Real"ın yalnız Çempionlar Liqasında qalib gəlmək şansı olduğu bildirilib.
Fransalı mütəxəssis işdən qovulmamaq üçün bu mövsüm Çempionlar Liqasını qazanmalıdır.
Qeyd edək ki, "Real" 1/8 finalda "Atalanta" ilə qarşılaşacaq. Görüşlər 24 fevral və 10 mart tarixlərində keçiriləcək.