Poçettinodan Messi açıqlaması

PSJ-nin baş məşqçisi Maurisio Poçettino "Barselona"nın forvardı Lionel Messinin Paris təmsilçisinə mümkün transferi barədə danışıb .

Newsport.az "RMC Sport"a istinadən xəbər verir ki, o deyib: “Klubun inkişaf strategiyası var. Messini çalışdırmaq fürsəti tapsam, çox yaxşı olar. Ancaq olmasa, bu, problem deyil.

Leo və mənim "Nyuells"ə sevgimiz var. İkimiz də bu klubun formasını geyinmişik. Nələrin olacağını görəcəyik. Yollarımızın kəsişib-kəsişməyəcəyini heç kim bilmir".

Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsi bu mövsümün sonu başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right