Fransanın “Nitsa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi “Barselona”nın müdafiəçisi Jan-Kler Todibonu heyətinə qatıb.
“Nitsa” 21 yaşlı futbolçunu satınalmaq şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb.
Qeyd edək ki, Fransanın “Tuluza” klubunun yetirməsi olan Todib 2019-cu ildə “Barselona”ya transfer edilib. Fransız müdafiəçi daha əvvəl “Şalke” və “Benfika”da da icarədə oynayıb.