“Barselona”nın hücumçusu Usman Dembele karyerasını bu komandada davam etdirmək istəyir.
Newsport.az-ın məlumatına görə, 23 yaşlı fransalı yaxın vaxtlarda müqaviləsinin müddətini uzatmaq istəyir. Onun özünü “Barselona”da xoşbəxt hiss etdiyi bildirilir.
Qeyd edək ki, mediada Dembelenin “Mançester Yunayted”ə keçə biləcəyinə dair xəbərlər yayılmışdı.