“Mançester Siti”nin müdafiəçisi Erik Qarsiyanın yanvarda “Barselona”ya keçidi baş tutmayacaq.
Newsport.az-ın məlumatına görə, bu barədə “Marca” məlumat yayıb. Kataloniya klubunun rəhbərliyi maliyyə çətinliklərinə görə 20 yaşlı ispaniyalının transferini təxirə salmaq istəyir.
“Barselona” Erik Qarsiyanı mövsümün sonunda, futbolçu azad agent statusuna sahib olduqdan sonra heyətinə qatmaq niyyətindədir.