Halkın yeni klubu müəyyənləşdi RƏSMİ

Çinin "Şanxay SIPG" klubundan ayrılan Halkın yeni klubu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, braziliyalı futbolçu 14 il sonra karyerasını ölkəsində davam etdirəcək. 34 yaşlı hücumçu yüksək liqa təmsilçisi "Atletiko Mineyro"ya keçib. Klub təcrübəli futbolçu ilə 1,5 illik müqavilə imzalandığını açıqlayıb.

Braziliya millisinin keçmiş üzvü 2016-cı ildə 56 milyon avro qarşılığında "Zenit"dən Çin klubuna keçmişdi. O, Çində illik 17 milyon avro maaş alırdı.

Resim

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right